Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Mart 2015

Sergey Lavrov: “Rusiya terrorizmlə mübarizədə İraqa dəstək verməyə hazırdır”

Rusiya İraqa terrorizmlə mübarizədə dəstək verməyə hazırdır. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov iraqlı həmkarı İbrahim Cəfəri ilə keçirdiyi mətbuat konfransında deyib.
S. Lavrov bildirib ki, İ. Cəfəri İraqdakı vəziyyət barədə onu ətraflı məlumatlandırıb: “Biz dost ölkə ilə həmrəy olduğumuzu və bu təhlükələrin qarşısını almaq üçün müdafiə qabiliyyətinin artırılmasında, dövlətin ərazi bütövlüyünün bərpasında Bağdada kömək göstərəcəyimizi təsdiqlədik”.
S. Lavrov “İŞİD”lə bağlı vəziyyətə də toxunub. Onun sözlərinə görə, "İslam Dövləti" ilə mübarizədə ABŞ-ın rəhbərlik etdiyi koalisiya Suriya ilə dialoqdan imtina edərək açıq siyasiləşmiş mövqe tutur: "Hesab edirəm ki, bu cür mövqe zərərlidir"./apa/
887 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 08:09