Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Mart 2015

20-21 martda gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:
Bakıda və Abşeron yarımadasında
Martın 20-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gün ərzində bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 3-5, gündüz 7-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunundan 760 mm civə sütununa enəcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında
Martın 20-də arabir yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 1-6, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir.
Bakıda və Abşeron yarımadasında
Martın 21-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə zəif duman olacaq. Cənub şərq küləyi əsəcək, axşam şimal küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun gecə 2-4, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında
Martın 21-də hava şəraitinin səhər və axşam bəzi yerlərdə çiskinli olacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 0-4, gündüz 7-12, bəzi yerlərdə 17 dərəcəyədək isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, bəzi yerlərdə 12 dərəcəyədək isti olacağı gözlənilir.
969 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 18:41