Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Mart 2015

Azərbaycana bahar gəldi

Yurdumuza bahar gəlib - allı-güllü, yaşıl örpəkli bahar. Qədimdən üzü bəri insanlar yazın gəlişini səbirsizliklə gözləyiblər. Yazda təbiətin yaşıl örtüyə bürünməsi, ağacların yarpaqlaması, meyvə ağaclarının çiçəklənməsi, yaşıllıqlar arasında müxtəlif rəngli və xoş ətirli çiçəklərin boy göstərməsi əsrlərdən bəri insanlara əsrarəngiz təsir bağışlayıb.

Bu il Azərbaycan ərazisinə bahar martın 21-də Bakı vaxtı ilə təxminən saat 02:45 radələrində qədəm qoyub.

Martın 20-də Günəş səmanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçid edib. Həmin an Günəş Yerin hərəkət müstəvisi ilə Yerin ekvator müstəvisinin kəsişdiyi nöqtədə olub. Bu nöqtəyə astronomiyada “yaz bərabərliyi nöqtəsi” deyilir.

Günəş həmin nöqtədə olanda gecə və gündüz bərabərliyi qeydə alınıb. Həmin andan başlayaraq, şimal yarımkürəsində astronomik bahar başlayır və bu, iyunun 21-dək davam edir.
944 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber