Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Mart 2015

Azərbaycanlılar Rusiyada bir kəndi girov götürüb

Rusiyanın Buryatiya vilayətində 30-dan çox azərbaycanlı bütöv bir kəndi özlərinə tabe ediblər və sakinləri əsarət altında saxlayırlar.

Bu problem haqda Buryatiya rəhbərinə onun administrasiyasının rəhbərinin müavini Pyotr Mordovski məlumat verib.

P.Mordovski bildirib ki, kənd icmasının rəhbərliyi azərbaycanlı icmasının sakinləri qorxu və təhdid altında saxladığı haqda məlumat çatdırıb. Həmin kəndin adı açıqlanmasa da Ulan-Ude yaxınlığında yerləşdiyi bildirilir.

P.Mordovski faktla bağlı hüquq-mühafizə orqanlarının rəhbərlərini də məlumatlandırıb. Onun sözlərinə görə, azərbaycanlılar bu kənddə cinayətkar fəaliyyətlə məşğul olur, sakinlər onların əməllərindən şikayət etməyə qorxurlar. Hətta kəndin rəhbərliyi onlardan şikayə etməyə qorxub, indi şikayət edən rəhbər isə yeni təyin edilib. Bildirilir ki, azərbaycanlılar kənddə açıq şəkildə narkotik satırlar, hamını oğru qaydaları ilə oturub-durmağa məcbur edirlər.

“Kəndin rəhbəri bu bandaya qarşı acizdir, təkbaşına heç nə edə bilmir. Ümumən bütün kəndi özlərinə tabe ediblər. Hazırda məsələ yoxlanılır, ancaq informasiya yerlərdən daxil olmalıdır” - deyə P.Mordovski bildirib.

Buryatiyanın daxili işlər naziri Vyaçeslav Naqovitsın isə deyib ki, miqrantların kompakt cəmləşdiyi yerlərdə araşdırma aparılır. O, kənddəki özbaşınalığın araşdırılacağını deyib./virtualaz/
1102 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı