Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Mart 2015

Kreml rəhbəri məmurlarına yeni imtiyaz verdi

Bundan sonra deputatlar və yüksək vəzifə tutan məmurlar üçün dərman, həmçinin tibbi ləvazimatlar pulsuz olacaq. Bu barədə sərəncamı Rusiya prezidenti Vladimir Putin imzalayıb. Sərəncamdan aşağıdakı qurumların əməkdaşları faydalanacaq – Prezident Administrasiyası, Nazirlər Kabineti, Dövlət Duması, Ali Məhkəmə, Konstitusiya Məhkəməsi, Rusiya səfirlikləri, beynəlxalq təşkilatlardakı Rusiya nümayəndəlikləri, Mərkəzi Seçki Komissiyası, Ombudsman Aparatı, Baş Prokurorluq, Dövlət İstintaq Komitəsi, Hesablama Palatası. Yeni imtiyazdan bu qurumda çalışanların həm özləri, həm də ailə üzvləri istifadə edə biləcək. Sanksiyalar ucbatından ağır maddi itkilər verən, bir çox sosial xərcləri azaldan, dövlət qurumlarında ixtisarlar aparan Kreml göründüyü kimi, məmurlarının «könlünü xoş etmək» qərarına gəlib. Ekspertlərin fikrincə, Rusiya prezidentinin yeni qərarı büdcədən milyardların ayrılması deməkdir. Bu isə beynəlxalq təcridə görə onsuz da ağır maliyyə problemləri yaşayan Rusiya üçün böyük itkidir. «İzvestiya»nın yazdığına görə, əvvəllər məmurların belə imtiyazları olmayıb. Pulsuz dərman ancaq Böyük Vətən Müharibəsi iştirakçılarına, veteranlara, əlillərə, Çernobıl qurbanlarına, milli qəhrəmanlara, konslager məhbuslarına verilib. İndi isə yeni qərarla sayı onminlərə çatan yeni siyahı yaranmış olur. Bu da büdcədən əlavə bir neçə on milyardın ayrılması deməkdir. 2015-ci ilin büdjəsində bu xərclər üçün 30 milyard rubl ayrılıb. Putinin bu qərarı sosial şəbəkələrdə də geniş müzakirə və tənqid olunub. Rusiya vətəndaşları xəbəri «Ən kasıblar dərmanı pulsuz alacaq, bundan sonra vəziyyətimiz lap yaxşı olacaq» kimi kinayəli fikirlərlə şərh ediblər./ans/
900 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...