Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Noyabr 2013

İran uranı daha da saflaşdıracaq

Bu barədə İran Atom Enerji təşkilatının sədri Əli Əkbər Salehi bildirib.

"Fars" agentliyi xəbər verir ki, İran «altılıq» ölkələri ilə razılaşma əldə edildikdən sonra uranı 5%-dək saflaşdırılmağı planlaşdırır. İranın Atom Enerji təşkilatının sədri Əli Əkbər Salehi belə deyib.

«Uranın saflaşdırılması azaldılmayacaq, əksinə artırılacaq. Lakin üzərimizə götürdüyümüz öhdəliyə uyğun olaraq yaxın 6 ay ərzində uranı 20%-dək zənginləşdirməyəcəyik».

Salehi razılaşmadan İranın heç nə itirmədiyini, əksinə ölkəsinə qarşı sanksiyaların yumşaldılacağını bildirib.

«Bu proses ağzını bağladığımız su kranına bənzəyir. Əgər Qərb öz öhdəliklərini yerinə yetirməzsə, biz yenə kranın ağzını açacağıq»- deyə Əli Əkbər Salehi əlavə edib.
1718 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16