Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Mart 2015

Hacı Abgül Süleymanov əməliyyat olunub

Hazırda həbsdə olan ruhani Hacı Abgül Süleymanov Ədliyyə Nazirliyinin Penitensiat Xidmətinin müalicə müəssisəsinə göndərilib

Bu haqda ruhaninin həyat yoldaşı Zəhra Süleymanova məlumat verib.

Onun sözlərinə görə, Hacı Abgül Süleymanov 16 gündür xəstəlikdən əziyyət çəkirmiş: "Hacı bağırsağında xəstəlik peyda olub. Lakin 8 saylı həbsxanada laqeydlik göstəriblər. Sonra daxili müalicə müəssisəsinə göndərilb. Lakin Hacının vəziyyəti düzəlmək əvəzinə pisləşib. Qanında zəhərlənmə olub və baş gicəllənmələri artıb. Bundan sonra Penitensiarın Mərkəzi müalicə müəssisəsindən həkim gəlib, onu müayinə edib. Həkim dərhal onun köçürülməsini tələb edib. Hacı dünən axşam saatlarında Penitensiarın Mərkəzi müalicə müəssisəsinə köçürülüb. Bu gün səhər saatlarında isə əməliyyat olunub və düz bağırsağın ən aşağı hissəsində selikli qişanın altında yerləşən venoz damar toxumasının çirklənməsinin qarşısı alınıb. Hazırda Hacının səhhəti yaxşılaşmağa doğru gedir, lakin həkim nəzarətində saxlanılır. Bir müddət müalicə olunmalı və bədəni güclənməlidir." Zəhra Süleymanova Penitensiarın Mərkəzi müalicə müəssisəsində həkimlərin ona yaxşı münasibət bəslədiyini qeyd edərək: "Hacı Bəyalı doktorun adını çəkdi və ona öz təşəkkürünü bildirdi." deyib./islamazeri.az/
1075 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı