Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Mart 2015

Putindən nüvə zərbəsi hədəsi

Danimarka Rusiyanın mümkün nüvə zərbəsi üçün hədəfə çevrilə bilər.

Bu barədə Rusiya Federasiyasının Danimarkadakı səfiri Mixail Vanin "Jyllands Posten" qəzeti üçün yazdığı köşə yazısında bildirib.

Onun sözlərinə görə, əgər NATO-nun raket əleyhinə müdafiə sistemləri Danimarkada qoyularsa, bu, baş verə bilər.

"Mən inanıram ki, danimarkalılar Amerikanın rəhbərlik etdiyi raket əleyhinə müdafiə sisteminin girdikdən sonra nə baş verə biləcəyini tam anlamırlar. Bu, o deməkdir ki, Danimarka gəmiləri Rusiyanın nüvə raketlərinin hədəfinə çevriləcək", - deyə Vanin bildirib.

Onun sözlərinə görə, Kopenhagenin bu cür siyasəti Rusiya və Danimarka münasibətlərinə ciddi zərbə vuracaq. Çünki Danimarka Moskva üçün təhlükəyə çevriləcək./ans/
920 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP