Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Mart 2015

ABŞ-ın böyük Səddam yalanı

ABŞ-ın İraqı işğal etməzdən əvvəl kütləvi qırğın silahları ilə bağlı kəşfiyyat məlumatlarının gizli saxlanılan hissəsi açıqlanıb.

Vice News saytı xəbər verir ki, ABŞ-ın o dövrkü prezidenti Corc Buş kəşfiyyat məlumatlarına əsasən İraqda prezident Səddam Hüseyn dönəmində kütləvi qırğın silahlarının olmamasını təsdiq edib.

Bu barədə Vice News Mərkəzi Kəşfiyyat İdarəsindən əldə etdiyi məlumata əsasən bildirir.

Kəşfiyyat məlumatlarında bildirilir ki, ABŞ-ın iddia etdiyi kimi İraqda kütləvi qırğın silahları olmayıb. Məlumatlarda o da qeyd olunur ki, İraqda Səddam Hüseyn hələ uzun müddət kütləvi qırğın silahlarını hazırlaya bilməyəcək. Çünki ölkədə bunun üçün lazım olan vəsait və material mövcud deyil.

Lakin Buş İraqa hücum etməzdən əvvəl bildirmişdi ki, kəşfiyyat məlumatları kütləvi qırğın silahlarının olduğunu təsdiqləyib. Və 2003-cü ildə ABŞ ordusu İraqı işğal edir. Nəticədə məlum olur ki, İraqda həqiqətən də qeyd olunan silahlar yoxdur./ans/
886 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber