Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Mart 2015

Törətmədiyi cinayətə görə 39 il həbsdə qaldı - 1 milyon dollar təzminat alacaq

ABŞ-da ömründən 39 il çalınan adama 1 milyon dollar təzminat ödəyəcəklər

ABŞ-da törətmədiyi cinayətə görə, 39 il həbs cəzası çəkmiş Rikki Caksonun ölkənin Ədliyyə Nazirliyi ilə bağlı etdiyi şikayət üzrə məhkəmə prosesi başa çatıb.

Məhkəmə R. Caksona 1 milyon dollar təzminat ödənilməsinə qərar verib.

Zərərçəkən qərara “Voov, bu çox əla bir xəbər” sözləri ilə istehza edib.

Qeyd edək ki, 59 yaşındakı R. Cakson 1975-ci ildə iki nəfərlə birlikdə Harold Franksı öldürməkdə ittiham olunub. Ona qarşı ittiham 13 yaşındakı bir uşağın ifadəsi ilə irəli sürülüb və 39 il azadlıqdan məhrum edilib.

Onun bu cinayəti tötətmədiyi isə 2014-cü ildə bəlli olub. Bundan sonra azadlığa buraxılan R. Cakson ABŞ Ədliyyə Nazirliyini məhkəməyə verib.
1063 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı