Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Mart 2015

Jirinovski Bolqarıstan prezidentini hədəfə aldı

Rusiya Moskvada keçiriləcək 9 may - Qələbə günü tədbirlərinə qatılmaqdan imtina edən ölkə rəhbərlərini dəvət etməyə bilərdi.

Bu barədə Rusiya Liberal Demokrat Patiyasının lideri Vladimir Jirinovski Bolqarıstan prezidenti Rosen Plevneliyevin Moskvaya gəlməməsinə münasibət bildirərkən deyib.

Jirinovski hesab edir ki, Bolqarıstan prezidentinin Qələbə günü tədbirlərinə qatılmaması barədə qərar NATO səviyyəsində qəbul edilib.

"Bolqarıstan prezidentinin qərarı iyrəncdir. Ona görə ki, sadə vətəndaşlar ölkələrinin faşistlərinən əlindən xilas edilməsindən dolayı həmişə Rusiyaya minnətdar olacaq. Lakin Bolqarıstan almanlarla birgə Rusiyaya qarşı döyüşüb. Bolqarıstanının prezident sarıdan heç vaxt bəxti gəritməyib. Bolqarlar həmişə Rusiyadan yanadır. Prezident isə yox", - deyə Jirinovski bildirib.

Qeyd edək ki, mayın 9-da Rusiyada Qələbə günü ilə əlaqədar tədbirlər keçiriləxək. Bir sıra dövlətlərin prezidentləri Moskvaya dəvət edilib./ans/
850 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...