Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Mart 2015

Qasim Süleymani – “Sepahın lideri”!

BBC-nin Fars Xəbər Agentliyi Qasim Süleymanini İranın siyasi mediyasında ötən şəmsi ilin (1393) on mühüm şəxsiyyətindən biri hesab edib.

Xəbərdə qeyd edilir ki, bundan qabaq Qasim Süleymaninin adı, adətən, İranın Sepah Korpusu ilə tanış olan və ya maraqlananlara tanış idi. Lakin beynəlxalq informasiya vasitələrinin son neçə ildə Suriyada hökm sürən gərgin vəziyyətə, o cümlədən, “Qüds” briqadasının generalının bu hadisələrdəki xüsusi roluna diqqəti onun adının tez-tez səslənməyinə və ötən ilin yayından İŞİD-in İraqda bir çox əraziləri ələ keçirməsindən etibarən həmin şəxsin son dərəcə populyarlaşmasına gətirib çıxarıb. Həmin ərəfələrdə İŞİD-in İranın sərhədlərinə qədər yaxınlaşması və onların qarşısının alınmasında Qüds briqadasının strateji mövqeyi Qasim Süleymaninin adını o qədər ucaldıb ki, dünya mediyasında bu şəxsə maraqlar daha böyük vüsət alıb. İŞİD-in İraqda gözlənilməz müvəffəqiyyətlərinə rəğmən, ötən ilin ikinci yarısından bu tərəfə General Qasim Süleymaninin birbaşa iştirakı ilə bir sıra mühüm əməliyyatlardakı rolu beynəlxalq ictimaiyyətdə böyük əks-səda doğurub.

Nur-az.com
1830 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP