Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Mart 2015

Əl-Nüsrətin terrorist ünsürləri çaladan çuxura düşüblər!

Yayılan son məlumatlara əsasən, əl-Nüsrətin naçar qalan terrorist ünsürləri yenidən qüvvə toplamaq məqsədilə Dəməşqin cənub bölgəsindəki “Beyti-səhm” məntəqəsini tərk edərək özlərini Fələstin qaçqınlarının yerləşdiyi “Yərmuk” düşərgəsinə yetirməyə səy göstərmişlər.
Əl-hadas news qeyd edir ki, terrorist qruplar Yərmuk düşərgəsinə yaxınlaşdıqları zaman düşərgənin silahlı qüvvələri tərəfindən qəfil atəşə məruz qalaraq öndən bu qüvvələrin və arxadan da Suriya hərbi qoşunlarının mühasirəsi nəticəsində çoxlu sayda itki və ağır xəsarət verib. Hadisədən canını salamat qurtaranlar isə çarəsiz qalıb “əl-Həcər əl-Əsvəd”ə doğru üz tutublar.
Məlumat verilir ki, vəziyyətlə əlaqədar olaraq əmniyyətin təmini istiqamətində Suriya dövləti ilə Fələstin Azadlıq Komitəsi arasında müəyyən müqavilələrin bağlanacağı gözlənilir.
1109 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı