Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Mart 2015

Bayram günlərinin "yol qırğını": 9 nəfər ölü, 25 yaralı

Baş verən yol nəqliyyat hadisələrindən 10-nu Bakıda qeydə alınıb

Bayram günlərində baş verən yol qəzalarının statistikası açıqlanıb.

Baş Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqə bölməsinin rəisi Kamran Əliyevin verdiyi məlumata görə, martın 20-dən 23-ə qədər ölkə ərazisində 25 yol nəqliyyat hadisəsi baş verib. Nəticədə 9 nəfər ölüb, 25 nəfər xəsarət alıb.

K. Əliyev baş verən yol nəqliyyat hadisələrindən 10-nun Bakıda qeydə alındığını bildirib. Paytaxtda baş verən qəzalarda 5 nəfər ölüb, 4 nəfər xəsarət alıb./apa/
1053 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:53