Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Mart 2015

Əhali Putinə inanır

Rusiya vətəndaşları prezident Vladimir Putinə və onun komandasına inanırlar və ona etibar edirlər.

Bunu İctimai Rəyin Öyrənilməsi üzrə Ümumrusiya Mərkəzi (VSİOM) açıqlayıb.

Məlumatda bildirilir ki, ölkədə keçirilən sosioloji sorğunun nəticələri göstərir ki, əhalinin 93%-i Vladimir Putinin söykənə biləcəyi yaxşı komandaya sahib olduğunu düşünür. Onlardan 37%-i əmindir ki, dövlət başçısının komandası əsasən peşəkarlardan ibarətdir. Sorğuda 46 region üzrə 132 yaşayış məntəqəsindən yüzlərlə insan iştirak edib.

İştirakçıların 61%-i bildirib ki, Vladimir Putinin komandası daha çox tərəfdara malikdir. Rəyi soruşulanların üçdə bir (31%) əmindir ki, prezidentin komandası başqa peşəkarlardan ibarət olmalıdır. Yalnız 2% deyir ki, ön planda dostlar və tanışlar olmalıdır.

Rusiyalıların 54% belə fikirdədir ki, Vladimir Putinin komandasının indiki tərkibini saxlamaq lazımdır. Bu göstərici 2012-ci ildə 30%, 2013-cü ildə 42% olub.

VSİOM-un baş direktoru Valeri Fyodorov deyib ki, bir il ərzində prezidentin komandasının imici pozitiv şəkildə artıb. Əlbəttə, bu, dövlət başçısının fəaliyyətinin yaxşı olması və qiymətləndirilməsi ilə bağlıdır. Onun reytinqinin əhəmiyyətli artması etibardan və dəstəkdən formalaşır.

Vətəndaş Cəmiyyətinin İnkişaf Fondunun başçısı Konstantin Kostin deyib ki, vətəndaşlar qiymət verməkdə praqmatikdirlər, nəyə səs verdiklərini yaxşı bilirlər. Bu mənada sorğu prezidentə və komandasına etibarlılığın yüksək səviyyəsini təsdiq edir. Bu nailiyyət V.Putinin 15 il ərzində apardığı siyasətin sabit olması və yaxşı kadr seçimi ilə bağlıdır. Vətəndaşlar bunu anlayırlar və qiymətləndirirlər. Əgər biz prezidentə etibar ediriksə, demək, onun komandasına da inanırıq./ans/
859 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı