Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Mart 2015

24 martda gözlənilən hava şəraiti

Bu gün Azərbaycanda hava yağıntılı olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, martın 24-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu keçəcəyi, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimal olunur. Cənub-qərb küləyi günün ikinci yarısında şimal-qərb küləyinə keçəcək.

Bakıda və Abşeron yarımadasında martın 24-də havanın temperaturu gecə 3-5, gündüz 8-11 dərəcə isti olacaq.

Azərbaycan rayonlarında da bəzi yerlərdə yağış yağacağı, dağlıq və dağətəyi ərazilərdə sulu qar, qara keçəcəyi ehtimal olunur. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Aran rayonlarında havanın temperaturu gecə 0-5, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacaq.
1036 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı