Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Noyabr 2013

Putindən yeni ideya: Avrasiya parlamenti

Rusiya prezidenti Vladimir Putin Avrasiya İttifaqının parlamentinin yaradılması ideyasını dəstəkləyib. Kremldə ötən həftə Rusiya siyasi partiyalarının rəhbərləri ilə keçirlən görüşü zamanı V. Putin bildirib ki, bu təşəbbüslə bağlı Avrasiya İttifaqı ideyası üzrə əməkdaş olan ölkələrlə müzakirələr aparılıb.
“Biz Avrasiya İttifaqının parlament orqanının yaradılmasını tam dəstəkləyirik. Ancaq bununla bağlı bizim tərəfdaşlarla razılığa gəlmək lazımdır" - deyə Putin vurğulayıb.
Rysiya prezidenti qeyd edib ki, bu yöndə mövqelər birmənalı deyil. “Bəzi tərəfdaşlar deyirlər ki, hələ tezdir və bunu indi yaratmaq parlamenti “ölü doğulan uşağa” çevirəcək. Mənə elə gəlir ki, bu istiqamətdə irəliləmək lazımdır. Bunu səliqə-sahmanlı, tərəfdaşlarımızla razılaşdıraraq edəcəyik”-deyə Putin vurğulayıb.
Xatırladaq ki, Rusiya Dövlət Dumasında MDB ölkələri üzrə komitənin rəhbəri Leonid Slutski hələ ötən il bu təkliflə bağlı aparılan danışıqlar prosesinə parlamentin yaradılması ideyasının daxil olunmasınınvacibliyini bildirib.
“Avrasiya inteqrasiyası üçün aparılan danışıqlarda Avrasiya Parlamentinin yaradılması əsas danışıqlar predmeti olmalıdır”-deyən Slutski xatırladıb ki, 2015-ci ildə yaradılacaq Avrasiya İqtisadi İttifaqı özü ilə ciddi yenidənqurma və parlamentlərarası dialoqu vacib edəcək.
Rusiya ekspertləri hesab edirlər ki, gələcək inteqrasiyanın qanunvericilik bazasının hazırlanması və yaradılması mühümdür və bunun üçün danışıqlar aparılmalıdır.
Artıq yeni parlamentin yerləşəcəyi məkanın da adı çəkilir. Avrasiya Parlamentinin Sankt-Peterburq və Qazaxıstanın paytaxtı Astana şəhərlərində yerləşə biləcəyi vurğulanır.
Qeyd edək ki, “Avrasiya İttifaqı”adlanan layihə vahid siyasi, iqtisadi, hərbi, humanitar, mədəni məkanı bölüşən dövlətlərin konfedrativ birliyi kimi nəzərdə tutulur. Vladimir Putin bu təklifi 2011-ci ildə səsləndirib və keçmiş SSRİ respublikarının bu birlikdə görmək istədiyini açıq jestlə nümayiş etdirib. Onun bu təklifi birmənalı qarşılanmayıb. Siyasi müşahidəçilər bunu Putinin SSRİ-nin bərpa edilməsi üçün cəhd kimi qiymətləndirirlər.
Putin ötən ilin sonlarında müvafiq təkliflə Azərbaycana da müraciət edib./modern/
1731 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı