Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Mart 2015

AXCP funksioneri Fransaya sığındı...

Natiq Ədilovun bu ölkədən siyasi sığınacaq aldığı iddia olundu...

Azərbaycan Xalq Cəbhəsi Partiyası mətbuat xidmətinin rəhbəri Natiq Ədilov Fransadan siyasi sığınacaq almağa hazırlaşır.
Bunu adının çəkilməsini istəməyən mənbə bildirib. Onun sözlərinə görə, artıq Natiq Ədilov Fransadadır və o həbs təhlükəsinin real olacağına əmin olduqdan sonra belə qərara gəlib. Mənbə hal-hazırda onun Parisdə olduğunu və birinci mərhələdə oturum izni aldığını iddia edir.
Bildirilir ki, Milli Şuranın növbəti 4 aprel mitinqindən öncə şərlənərək həbs olunacağı ehtimalını nəzərə alan AXCP rəsmisi hakimiyyətə qarşı mübarizəni məhbəsdə deyil, mühacirətdə aparmağı tərcih edib. Daha doğrusu, məlumatlı mənbə onu bu barədə məlumatlandırdıqdan sonra cəbhəçinin başqa yolu qalmayıb./moderator/
811 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber