Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Mart 2015

İvanişvili: “Saakaşvili boşuna ümidlənir”

“Saakaşvilinin partiyası hakimiyyətə qayıtmaq üçün boşuna ümidlənir”.

Bu açıqlama ilə Gürcüstanın eks baş naziri Bidzina İvanişvili çıxış edib. O, gürcü xalqının Saakaşvilinin hakimiyyəti dövründə olanları unutmadığını bildirib:

“Onlar geri qayıtmaq və əvvəl baş verənləri təkrarlamaq istəyirlər? Gürcü xalqı bu qədər sadəlöhvdür ki, həbsxana dəhşətlərini unutsun? Onlar boşuna bu eyforiyaya qapılıblar. Necə mümkün ola bilər ki, insanlar yaxın keçmişdə baş verənləri belə tez unutsunlar?”

Qeyd edək ki, Vahid Milli Hərəkat partiyası önümüzdəki həftə Gürcüstan hökumətinə etimadsızlıq elan edilməsi üçün imzatoplama kampaniyasına başlamağı planlaşdırır.
813 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
<