Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Mart 2015

Əməliyyatdan yeni çıxan Hacı Abgül Süleymanova qərəzli münasibət

Xəbər verdiyimiz kimi, Hacı Abgül Süleymanov Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə Müəssisəsinə göndərilib
Hacı Abgül Süleymanovun ailəsi bildirib ki, hacı Abgül əməliyyat olunub və düz bağırsağın ən aşağı hissəsində selikli qişanın altında yerləşən venoz damar toxumasının çirklənməsinin qarşısı alınıb. Lakin o normal şəraitdə saxlanılmır və Penitensiarın şəraitsiz otaqlarında - karantinə köçürülüb: "Hacı bildirdi ki, burada şərait yaxşı deyil. Qapalı rejimdəki kimi şərait ağırdır və otaq palata tipli deyil. Otaqda tək saxlanılıram karsdan çox da fərqli deyil". Qeyd edək ki, 8 saylı qapalı rejimli həbsxanada da Hacı Abgülə qarşı qərəzli münasibət göstərilib. O, həkimlə təmin edilməyib və nəticədə 16 gün yataq xəstəsi olub. Onu da qeyd edək ki, Bakıda inanclılar bununla bağlı narahat olublar və hacının ailəsi, həmçinin, dostları ilə əlaqə saxlayaraq hər tərəfli dəstək olacaqlarını bildirirlər./İslamazeri/
1056 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı