Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Mart 2015

Xanım Fatimeyi-Zəhranın (s.ə) əzadarlıq məclisi - "Cümə" məscidi

İçərişəhər "Cümə" məscidi dini icması Xanım Fatimeyi-Zəhranın (s.ə) müsibətli şəhadət günləri ilə əlaqədar əzadarlıq mərasimlərini davam etdirib.

İcma, Xanım Zəhranın (s.ə) şəhadətinin ikinci ehtimalı ilə əlaqədar əzadarlıq mərasimi keçirmişdir. Mərasimdə Xanım Fatimeyi-Zəhranın (s.ə) ürəkləri yandıran şəhadətinə həsr olunmuş rövzə oxunub, mərsiyələr deyilib, sinəzənlik edilib.

Daha sonra İçərişəhər "Cümə" məscidinin imam-camaatı Hacı İlqar İbrahimoğlu Həzrət Zəhranın (s.ə) mübarək həyatından mühüm məqamlara diqqət çəkib.

Xətib Əhli-beyti (ə) digər insanlardan fərqləndirən əsas cəhətlərdən birinə - Allaha imanda mütləq yəqinlik mövzusuna həsr edib. Mübarək Qurani-Kərimin “Hicr” surəsinin 43 və 44-cü ayələrinin geniş təfsirinə toxunan xətib, bu ayələr nazil olan zaman Həzrət Rəsulallahın (s), Həzrət Fatimeyi-Zəhranın (s.ə) və Həzrət Əlinin (ə) Allaha imanda yəqinliklərinin və mərifətlərinin bir daha bariz şəkildə ortalığa çıxdığını qeyd edib.

Cəhənnəm əzabı və bu əzabın şiddəti ilə bağlı məqamlara işarə edən Hacı İlqar, imanlıların bu əzabdan amanda olacaqlarına dair Əhli-beytdən (ə) mübarək buyuruşlara toxunub və onların geniş şərhini verib.

Mərasim mərsiyələrin oxunması və duaların edilməsi ilə yekunlaşıb./Deyerler/

İçərişəhər "Cümə" məscidi dini icması Xanım Fatimeyi-Zəhranın (s.ə) şəhadəti ilə əlaqədar əzadarlıq mərasimlərini davam etdirib

1253 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı