Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Mart 2015

Mosulun azad edilməsi üçün 250 min ordu hazırdır

İraq parlamentinin müxbiri Niyazi Memaroğlu Rusiyanın Sputnik agentliyinə müsahibəsində Mosul şəhərinin azad edilməsi üçün 250 min qüvvənin hazır olduğunu bildirmişdir.

Nur-az.com-un Fars News agentliyinə istinadlı məlumatına əsasən, o bildirib: təkcə mübariz türkmənlərdən ibarət 3 briqada 8 min heyətlə Tələfər bölgəsində təlimlərini tamamlayıblar və onlar İraqın ikinci böyük şəhəri olan Mosul şəhərini İŞİD qruplaşmasından azad etməyə hazırdırlar.

O əlavə edib: Bütün təhlükəsizlik qüvvələri Mosul şəhərini təmizləməyə hazırdırlar. Bu şəhərə hücum etmək üçün bir neçə hərbi giriş istiqaməti nəzərdə tutulub. Bunlar Mosula giriş kanalı olacaqlar. Səlahəddin əyaləti tam azad edildikdən sonra, bu əyalətdəki mübariz qüvvələr Mosul şəhərinə qərb hücumunu dəstəkləyəcəklər. Cənub və şərq istiqamətində isə, terrorçularla döyüşü pişmərgə qüvvələri icra edəcəklər.
806 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı