Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Mart 2015

Salam olsun Allah dostlarına

Allahın adı ilə!

SALAM OLSUN, ALLAH DOSTLARINA!
(Vətənimizin mütəqilliyi, ərazi bütövlüyü, mənəviyyatı, namus və qeyrəti uğrunda mübarizə aparmaq şərəfinə görə zindan həyatı yaşan Allah dostlarına, xüsusilə Hacı Abgüllərimizə, Hacı Mövsümlərimizə və Hacı Talehlərimizə…..)

“Hər kəs bir mömin şəxsi qəsdən öldürərsə, onun cəzası əbədi qalacağı Cəhənnəmdir. Allah ona qəzəb və lənət edər, (Axirətdə) onun üçün böyük əzab hazırlar!” (Nisa surəsi 93)

İslamda və qərbin əsas mövzularından biri insan haqları və “humanizim” məktəbinin kökləridir. Hacı Abgül qardaşımızın çətin vəziyyətdə zindanda əməliyyat xəbəri, bütün qəlbi zindanda, Allah dostlarının yanında olanların qəlb ağrısı kimi, bizim də qəlbimizi çox ağrıtdı. Hacının belə bir vəziyyəti və cəmiyyətin belə bir milli-mənəvi qəhrəmanımıza qarşı laqeydliyi bizi çox narahat etdi. Hacı və onun kimi Quran və Əhli-Beyt (ə) aşiqləri, Allah-Taala dərgahında hansı məqamlara malik olmalarını yalnız, Allahın Özü bilir. Amma, bəs bizlər?!
Görəsən bizim vəzifəmiz elə gözümüzün önündə bir-bir, milli-mənəvi qəhrəmanlarımızı, fiziki cəhətdən, beləcə acınacaqlı şəkildə, əziyyət və əzabla məhv etmələrini müşahidə etməliyikmi!? Yoxsa, öz “oğul balalarının” bir balaca həkimə ehtiyacı olan kimi, müsəlman xalqın neft-qazının hesabına xaricdən ən çox tanınmışı həkimi gətirib elə evdəcə, rahat kreslolarda müayinə və müalicə etdirən “hakimlərə, məmurlara, başçılara və zalımlara” fəryad çəkib haqq-hüquqlarımızı tələb etməliyik?!
Bəs niyə bunu edə bilmirik?! Nəyə görə anadangəlmə haqq və hüquqlarımzı tələb edə bilmirik?! Nəyə görə Hacı Abgüllərimiz, Hacı Mövsümlərimiz, Hacı Talelərimiz bunu bacarır amma bizlər, cəmiyyət, millət və xüsusilə, ziyalılarımız, alimlərimiz və əksər din xadimlərimiz bunu bacarmır?! Nəyə görə cəmiyyətin zehni elə korlanıb ki, haqqı tələb edənləri cəmiyyətin özü zindanda görmək istəyir və əgər zindana düşməsə, onun haqqında hələ şəkkə də düşürlər…..???
Nəzərimcə bir çox səbəbləri var. Özü də çox mühüm səbəblər. Onlardan biri bundan ibarətdir ki, biz bir millət və müsəlman kimi hələ də özümüzü tanıya bilməmişik. Biz, bir müsəlman ümməti və müsəlman xalq olaraq, özümüzdən və başımıza gətirilən bütün bu müsibətlərdən qəflətdəyik. Bizim ərazilərimiz 20% işğal olan halda, sübhdən axşama qədər kef və çalıb-oynamaq məclisləri qurub, cavanlarımızı yuxuya verməklə məşğuluq. Və ən başlıcası, qorxulusu və dəhşətlisi, bizlər, insanı dünya və Axirətdə səadətə çatdıran, Allahın bəşəriyyətə yolladığı son din, İslam, Quran və Əhli-Beyt (ə) məktəbindən də qəflətdə qalıb, qərbin çirkin, hiyləgərlik, şeytanpərəstlik və harınlaşma və heyvaniyyət həyatı prinsipləri üzərində qurulmuş “ideal həyat” ardıncayıq və bu həyatı da biz müsəlmanların beyinlərinə müxtəlif proqramlarla yeridirlər. Amma, biz hələ də qəflətdəyik. Qərbin “humanizim” – yəni, hər şey insan və insanın xoşbəxtçiliyi üçün – ideyasına aşiq olan hakimiyyətimizin əməli budurmu? Budurmu qərbin “insanmehvərlik və insan yönümlü” məktəbi?! Heç kəs, ən qatı cinayətkarı belə zindan içində tək qoyub, əzab-əziyyətlə fiziki cəhətdən aradan götürməyə çalışmaz!
Əlbəttə, “humanizm” bayrağını əldə tutub, Amerika, İsrail və digər qərb dövlətlərinin, cahil və nadan “müəslman” əsgərlərinin vasitəsi ilə günahsız müsəlman başı kəsdirmələri onların əməldə “humanizm” prinsiplərinə nə qədər sadiq olmalarından xəbər verir. Onlar, əsl İslam, Quran və Əhli-Beyt (ə) məktəbindən xəbərsiz və “humanizm” pərdəsi altında dünyada zəif müsəlman və qeyri-müsəlman ölkələrin talayıb, milli sərvətlərini qarət etməkdən başqa heç bir məqsədləri yoxdur. Bunu biz, bu günkü dünyamızda, qərb hiyləgərlikləri və hadisələrində tam dolğunluğu ilə görürük!
Əziz, müsəlman xalqım, əziz cavanlarımız, alimlərimiz və ziyalılarımız, gəlin qəflət yuxusundan ayılıb, özümüzü, islamımızı, millətimizi, mənəviyyatımızı və nəfsimizi təzədən dəqiq və doğru mənbələrdən araşdırmaqla tanıyağın! Bu çağrışı, bu günlərdə bizim Ali Dini Rəhbərimiz, bütün dünya müsəlmanlarının Vilayəti-Fəqihi, Ayətullah-üzma Seyid Əli Xamenei həzrətlərinin qərb cavanlarına və alimlərinə etdiyi müraciətində də görürük!
Bu gün qərb dövlətləri, başda Amerika və İsrayil və s. olmaqla, “öz humanizm prinsipləri” ilə müsəlman ölkələrinin xalqlarının o cümlədən, bizim Vətənimizin müsəlman xalqını qəflət yuxusuna verməklə, onların dinini, mənəviyyatını, mədəniyyətini, milli mənəvi dayaqlarını məhv edib, torpaqlarını işğal etdirib, milli sərvətlərini qarət edib, talamqla məşğuldur! Onlar bu yolda, öz “müsəlman” əsgərinin əli ilə hətta, bələydəki körpə müsəlman uşağın belə başını kəsdirməyə hazırdırlar!
Amma, bütün zalımlar bir nəfər kimi bilməlidir ki, bu qəflət yuxusu çox çəkməz. İnsanlar və xalqlar öz haqq-hüquqlarını nə vaxtsa tələb etməyi bacaracaq və alacaqlar. O gün, zalımların ən ağır və dəhşətli günü olacaq!

Əl-Müstəfa (s) adına Beynəlxalq İslam Akademiyasının Quran və Hüqüq üzrə doktorantı
Faiq Vəlizadə

Hicab.org
944 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı