Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Noyabr 2013

Rusiyada 11 milyon əcnəbi var

Rusiyaya ən çox Ukrayna, Özbəkistan, Qazaxıstan və Tacikistan vətəndaşları gəlir. Federal Miqrasiya Xidmətinin xarici vətəndaşlarla işin təşkili departamentinin rəis müavini Dmitri Demidenko noyabrın 26-da jurnalistlərə belə açıqlama verib.

“Media forum” saytının məlumatına görə, Demidenko 2013-cü il noyabrın 20-nə olan statistikaya əsaslanaraq Rusiyaya 16 milyon 500 min əcnəbinin gəldiyini bildirib: “Ölkəyə gələnlər arasında 3 milyon Ukrayna, 2 milyon 700 min Özbəkistan, həmçinin Qazaxıstan və Tacikistan vətəndaşları var. 2012-ci illə müqayisədə Rusiyaya gələnlərin sayı 10% artıb”.

Demidenko hazırda Rusiya ərazisində 11 milyon əcnəbinin olduğunu vurğulayıb: “Onlardan 5 milyon 800 mini fərdi məqsədlərlə - təhsil, müalicə və ya turist kimi gəlib, 1 milyon 900 min əcnəbinin əmək fəaliyyəti hüququ, yəni işləməyə icazəsi var”. /musavat.com/
1578 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi