Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Mart 2015

Qatığın çoxsaylı faydaları

Böyüklərin əksəriyyəti təbii süd içə bilmir - bu onlarda köpə, qarın ağrılarına və digər xoşagəlməz hisslərə səbəb olur.
Buna dözümsüzlük deyilir. Məsələ burasındadır ki, əksər insanların orqanizmində süd zülalın parçalanması üçün lazım olan fermentlər istehsal olunmur.
Əksinə isə süddən hazırlanan qatıq, ayran, süzmə və s. kimi məhsullar orqanizm tərəfindən yaxşı və asan mənimsənilir və əksər hallarda heç bir xoşagəlməz hisslərə səbəb olmur. Bunun səbəbini izah edək. Bu məhsulların tərkibində olan süd zülalı parçalanmış vəziyyətdə olur ki, bu da onun mənimsənilməsini asanlaşdırır. Belə ki, bu məhsulların tərkibində olan faydalı maddələrin 90%-i orqanizm tərəfindən mənimsənilir, süddə olan xeyirli maddələrin bir çox hissəsi isə əksinə orqanizm tərəfindən mənimsənilmir.
Bəzi həkimlərdən hətta eşitmək olur ki, təbii süd insan orqanizminə (böyüklər nəzərdə tutulur) heç bir fayda vermir, lakin süddən hazırlanmış müxtəlif məhsullar (qatıq, süzmə, pendir, kəsmik və s.) isə əksinə çox faydalıdır.
Dahi rus fizioloqu İ.İ.Meçnikov uzun müddət ərzində insanın qocalma proseslərini və onların səbəblərini araşdırırdı. Bu araşdırmaların nəticəsində fizioloq belə bir nəticəyə gəldi ki, insanın bağırsaqlarında yaşayan çürüdücü bakterilər orqanizmi daim zəhərləyir, qocalma proseslərini sürətləndirir və müxtəlif xəstəliklərin inkişafına təkan verir. Bundan əlavə Meçnikov müəyyən edib ki, lakto- və bifidobakterilər bu ziyanlı bakterilərin artmasına mane olur.
Süd məhsulları lakto- və bifidobakterilərin əsas mənbəyidir. Belə ki, qatığın daim qəbulu bağırsaqların mikroflorasına çox müsbət təsir edir - burada "yaşayan" ziyanlı mikrobların çoxalmasına mane olur, xeyirli mikrofloranın əmələ gəlməsinə və çoxalmasına isə kömək edir. Bildiyimiz kimi, insan bağırsaqların normal mikroflorası immun sisteminin effektli fəaliyyəti üçün çox vacibdir. Beləliklə, qatığın daim qəbulu insanın immun sisteminə də müsbət təsir edir.
Qatıq həzm proseslərini yaxşılaşdırır, iştahanı artırır.
Qəbizlikdən, disbakteriozdan əziyyət çəkən insanlar mütləq qatıq qəbul etməlidir. Qatıq bağırsaqların peristaltikasını (hərəkətlilik) artırır ki, nəticədə bu qəbizliklə mübarizədə kömək edir.
Qatığın tərkibində həmçinin təbii antibiotiklər, süd turşusu, zülallar, yağlar, fermentlər var. Süd turşusu təbii antibiotik sayılır. Bu maddə ziyanlı bakterilərin çoxalmasına mane olur. Məhz bu səbəbdən qatıq təbii südlə müqayisədə daha uzun müddət ərzində təzə qalır, xarab olmur və süddən fərqli olaraq adətən zəhərlənmələrə səbəb olmur. Qatığın tərkibində olan təbii antibiotiklər bu məhsulun sterilliyini təmin edir.
Zəhərlənmədən bir müddət sonra həkimlər qatıq, ayran, dovğa kimi məhsulları qəbul etməyə icazə verir. Bu zədələnmiş bağırsaqların daha tez bərpa olunmasına kömək edir.
Qatıq kalsiumla zəngindir və bu kalsium qatıqdan orqanizm tərəfindən çox asan mənimsənilir.
Kalsiumdan əlavə qatıqda A, E,D, B qrupu vitaminləri, fosfor, maqnezium, əvəzolunmaz aminturşular var. Bütün bunlar insan orqanizmi üçün çox vacibdir./Saglamolun/
1056 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat