Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Noyabr 2013

“Bu gün maskaları qadağan edirlərsə, sabah...”

Leyla Yunus: “Bu gün maskaları qadağan edirlərsə, sabah...”

Milli Məclisdə bir qrup deputatın təklifi ilə maskalardan və digər üz örtüklərindən istifadədən qadağanın qanunvericilikdə təsbit olunması layihəsi müzakirə olunur. Layihəyə görə, istənilən bayram və matəm tədbirlərində, dini mərasimlərdə, yığıncaq, mitinq, nümayiş, küçə yürüşü və piketlərdə bir sıra qadağan olunmuş xüsusi vasitələrlə yanaşı, maska və digər üz örtüklərindən istifadə qanunvericiliklə qadağan olunur.

Bunu insan haqlarının pozulması ilə nəticələnəcəyini bildirən hüquq müdafiəçisi Leyla Yunus Deyerler.Org-a bildirib ki, əsl dövlət o dövlətdir ki, orada cəmiyyət özü-özünü idarə edir: “Bu qərar kütləvi aksiyalarda, mitinqlərdə iştirak edən hər bir insanın tanına bilməsi üçün verilib. Bu gün bu qadağanı qəbul edənlər sabah şüarları, yazılı köynəkləri də qadağan edəcəklər.

2008-ci ildən bu yana baxsaq görərik ki, hakimiyyət və onların təyin etdiyi deputalar insanları necə kontrol altında saxlaya bilmələri haqqında fikirləşirlər. Düşünürlər ki, necə edək ki, toplumda azad fikirli insanlar olmasın.

Əsl dövlət o dövlətdir ki, orada cəmiyyət özü-özünü idarə edir. Ancaq Azərbaycanda müşahidə olunur ki, kriminal hakimiyyət cəmiyyətdən qorxur. Bu baxımdan düşünürəm ki, bu cür qərarların qəbulu olan yerlərdə insan haqları da tapdanacaq”.
2077 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40