Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Mart 2015

PKK Öcalanın çağırışına məhəl qoymadı

PKK lideri Abdulla Öcalanının Novruz bayramında “silahlı mücadiləyə son qoymaq” çağırışlarına baxmayaraq, kürd silahlıları atəşkəsi pozub.

“Hürriyət” qəzetinin verdiyi məlumata görə, bu gün, PKK terrorçuları Hakkari vilayətində Türkiyə Silahlı Qüvvələrinin mövqelərini minaatanlardan atəşə tutub.

Türkiyə Baş Ordu Qərargahının yaydığı yazılı bəyanata əsasən, hərbçilər mərmi atan PKK döyüşçülərinin mövqelərini müəyyənləşdirərək minaatanlardan cavab atəşi açıb. PKK döyüşçüləri ordunun başqa bir mövqeyinə isə havadan zərbələr endirib.
847 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber