Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Mart 2015

“Boko Haram” 500-ə qədər qadın və uşağı qaçırdı

“Boko Haram” qruplaşması Nigeriyanın şimal bölgəsində yerləşən Damasak şəhərindən 500-ə yaxın gənc qadın və uşaqları qaçırıb.

Silahlılar qadınları kütləvi şəkildə girov götürməzdən əvvəl 50-ə yaxın insanı qətlə yetirib.

Bundan əvvəl qruplaşma ötən ilin aprel ayında başqa bir əyalətdən 300-ə yaxın məktəbli qızı qaçırmış, onların çoxunu hətta ərə vermişdi. Bu arada Niger qoşunları Damasak şəhərinə daxil olduqdan sonra yerli sakinlərə humanitar yardım paylayıb.

Son iki ay ərzində Nigeriya, Niger və Çad silahlı qüvvələrinin genişmiqyaslı əməliyyatları nəticəsində ölkənin şimalında “Boko Haram”ın nəzarətində olan bir sıra kənd və qəsəbələr geri alınıb.

Ölkədə yaşanan gərginliklə əlaqədar prezident seçkiləri martın 28-ə təyin olunub.
862 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 09:10
40 dərdin dərmanı