Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Mart 2015

26 martda gözlənilən hava şəraiti

Martın 26-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək. Temperaturun gecə 4-6°, gündüz 10-15° isti olacağı ehtimalı var.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq. Gecə və səhər isə bəzi şərq rayonlarında havanın yağıntılı olacağı gözlənilir. Şərq küləyi əsəcək. Temperaturun gecə 3-8°, gündüz 11-16°, bəzi yerlərdə 18°-dək isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti olacağı gözlənilir.
Naxçıvan Muxtar Respublikasında hava gündüz əsasən yağmursuz olacaq, şərq küləyi əsəcək. Temperaturun gecə 0-5° isti, bəzi yerlərdə 2° şaxta, gündüz 10-15°, bəzi yerlərdə18°-dək isti olacağı ehtimalı var.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında gündüz hava əsasən yağmursuz keçəcək, ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında gün ərzində hava əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Temperaturun gecə 4-8°, gündüz 11-16°, bəzi yerlərdə 18° isti olacağı ehtimalı var.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın əsasən yağmursuz, lakin gecə və səhər bəzi yerlərdə yağıntılı keçəcəyi, ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək. Temperaturun gecə 0-7°, gündüz 10-15° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10°isti olacağı ehtimalı var.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava gün ərzində əsasən yağmursuz keçəcək, ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 3-8°, gündüz 11-16°, bəzi yerlərdə 18°isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında havanın gün ərzində əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 7-9°, gündüz 10-15°, bəzi yerlərdə 18°-dək isti, dağlarda gecə 0-5° şaxta, gündüz 7-12° isti olacağı ehtimalı var.
778 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi