Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Mart 2015

Gürcüstanın hakim partiyasının reytinqi 18% azalıb

Gürcüstanda hakimiyyətdə olan “Gürcü arzusu” koalisiyasının reytinqi 18% azalıb.

“Novosti-Qruziya”nın verdiyi məlumata görə, Beynəlxalq Respublikaçılar İnstitutunun (İRİ) keçirdiyi rəy sorğusunun nəticələrinə əsasən “Gürcü arzusu”nun reytinqi 54%-dən 36%-ə düşüb. Lakin hakim koalisiya hələ birinciliyini qoruyub saxlayır.

Keçmiş prezident Mixail Saakaşvilinin Vahid Milli Hərəkat Partiyasının reytinqi dəyişməz qalıb – 15%. Sabiq müdafiə naziri, “Gürcü arzusu”ndan ayrılan İrakli Alasaniyanın liderlik etdiyi “Bizim Gürcüstan - Azad Demokratlar” Partiyası 10%-lə üçüncü pilləyə yüksəlib. Leyboristlər Partiyası 6%-lə dördüncü yerdədir. Nino Burcanadzenin rəhbərlik etdiyi “Birləşmiş Demokratik Hərəkat” 5,5%-lə eyni miqdarda reytinqə malik “Vətənpərvərlər Alyansı” ilə birlikdə 5-ci, 6-cı yerləri bölüşdürür.
761 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP