Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Noyabr 2013

Bu il Azərbaycanda 578 "SPİD"li adam ölüb

Bu ilin doqquz ayı ərzində Azərbaycanda İİV-ə yoluxan insanların sayı 4171 nəfər təşkil edir. Onların 96%-i Azərbaycan vətəndaşı, qalanları isə əcnəbidir.

Apa-nın xəbərinə görə, Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Esmira Alməmmədova Bakıda keçirilən “Dünya QİÇS həftəsi ərəfəsində yeniyetmələrin İİV testindən keçməsi istiqamətində təbliğat” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, QİÇS mərhələsində olanların sayı 1248 nəfər, bu xəstəlikdən dünyasını dəyişənlərin sayı isə 578 nəfər təşkil edir: “Xilasedici terapiyaya qoşulanların sayı ildən-ilə artır. Bu ilin doqquz ayının nəticələrinə görə terapiyaya qoşulanların sayı 1627 nəfər olub. Bunlardan 380 nəfəri bu ilin 9 ayında müalicəyə qoşulub”.

E.Alməmmədova vurğulayıb ki, İİV-in yayılmasının qarşısının alınmasının əsas yolu vaxtında testdən keçməkdən ibarətdir. Onun sözlərinə görə, yeniyetmələr arasında testləşməni daha əlçatan etmək lazımdır: “Epidemiyanın səviyyəsindən asılı olmayaraq, hər bir yeniyetmənin belə bir imkanı olmalıdır. Lakin bu sahədə bir neçə qanunvericilik tərəfindən olan çətinliklərlə rastlaşırıq. Yeniyetmələrin hüquq tərəfdən belə bir qərar vermə ixtiyarı yoxdur. Bu qərarı ya valideynləri, ya da maraqlarını müdafiə edən qəyyumlar verir. Bu çox aktual bir problemdir və bununla bağlı hökumət, Səhiyyə Nazirliyi, beynəlxalq fondlar tərəfindən bir sıra addımlar atılır”.
1784 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı