Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Mart 2015

Cəfərinin 9 faydalı xüsusiyyəti

Cəfəri çox zəngin kimyəvi tərkibə malikdir. Cəfəridə A, C, B qrupu, PP, fol turşusu kimi əvəzsiz vitaminlər, müxtəlif faydalı mikroelementlər (dəmir, kalium, kalsium, maqnezium, fosfor, natrium və s.), efir yağları, zülal, fermentlər və s. var.
Məhz bu zəngin tərkib cəfərini insanın sağlamlığı üçün çox faydalı edir:
1. Cəfəri insanın ürək-damar sistemi üçün çox faydalıdır. Cəfərinin daim qəbulu qan damarlarını möhkəmləndirir, ödemləri aradan qaldırır, ürəyin fəaliyyətinə müsbət təsir edir.
2. Cəfəri dəmləmələri (yarpaqlar və köklər istifadə olunur) və şirəsi arterial təzyiqi normallaşdırır.
3. Cəfəri güclü sidikqovucu xüsusiyyətlərinə malikdir. Məhz bu səbəbdən cəfəri sidik ifrazı sistemi iltihabları zamanı, böyrək daşı xəstəliyi zamanı təbii müalicəvi vasitə kimi istifadə oluna bilər. Cəfəri dəmləmə, şirə şəklində istifadə olunur. Uzun müddət ərzində qəbul etdikdə cəfəri böyrəkləri qumdan, duzlardan, hətta kiçik daşlardan təmizləyir.
4. Cəfəri C vitamini ilə olduqca zəngindir. Bu səbəbdən cəfəri insanın immun sisteminə də çox müsbət təsir edir, orqanizmi möhkəmləndirir.
5. Cəfərinin tərkibində fermentlər və inulin var ki, bu maddələr həzm prosesləri yaxşılaşdırır.
6. Cəfəri damaqları bərkidir və dişləri ağardır, ağızdan gələn pis qoxunu yox edir.
7. A vitamini ilə zəngin olan cəfəri gözlər üçün də çox xeyirlidir.
8. Cəfəridə fol turşusu var. Bu səbəbdən göyərti hamilə qadınlar üçün çox faydalıdır.
9. Cəfəri kosmetologiyada çox geniş istifadə olunur. Cəfəri ilə maskalar və kremlər üz dərisini ağardır, gözlərin altında olan qara kölgələri yox edir, çilləri və piqment ləkələri daha az görünən edir. Bunun üçün 1 dəstə cəfəri blenderdə xırdalanır, 1 xörək qaşığı xama və 1 xörək qaşığı limon şirəsi ilə qarışdırılır və təmiz üz dərisinə çəkilir. 20 dəqiqədən sonra maska ilıq su ilə yuyulur.
Cəfəri dəmləməsi dəridə iltihablar, civzələr zamanı da yaxşı müalicəvi təsir edir, dərini təmizləyir./Saglamolun/
741 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00