Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Mart 2015

General Qasim Süleymani lazım olan vaxtadək İraqda qalacaq!

İraqın “Bədr!” diviziyasının komandiri Hadi əl-Amiri bildirib ki, İranın “Qüds” briqadasının komandiri Qasim Süleymani lazım olan müddətədək ölkəni tərk etməyəcək. Halbuki bu məlumat Qasim Süleymaninin nəzarəti altında Səlahəddin vilayətinin mərkəzi Tikritin azadlığı uğrunda dövlət qoşunları və din və məzhəbindən asılı olmayaraq könüllü xalq qüvvələrinin birgə yürüşündən üç həftə sonra yayılıb.
İndiyədək Tikrit tamamilə həmin qüvvələrin ixtiyarına keçsə də, şəhər minalandığından, hələlik, daxilə girişin sürəti ləngiyir.

Amiri deyib ki, hal-hazırda Qasim Süleymaninin hərbi müşavirələrinə ehtiyac var və burada lazım olan vaxtadək qalacaq. Həqiqətdə onun terrorist qruplarla mübarizədə və onların Bağdada girişinin qarşısının alınmasında rolu böyükdür.

Hadi əl-Amiri onu da qeyd edib ki, daxildə bəziləri hələ də, İraqın İŞİD-lə mübarizədə koalisiyanın hərbi hava qüvvələrinə ehtiyacı olduğunu düşünsə də, doğrusu, bizim onlara heç bir ehtiyacımız yoxdur.

Nur-az.com
918 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 17:23