Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Mart 2015

Moskva bazarında azərbaycanlılar saxlanıldı

Rusiya Federal Miqrasiya Xidmətinin Moskva şəhəri üzrə İdarəsinin (FMXİ) əməkdaşları Moskvoretski bazarında aparılan yoxlama zamanı miqrasiya qanunvericiliyini pozan 28 əcnəbi vətəndaşı saxlayıblar. Bu barədə idarənin mətbuat xidmətinin məlumatında bildirilir.
“Yoxlama bazarın naxış işlərinin aparıldığı müəssisəsində aparılıb. Saxlanılanlar arasında Tacikistan, Özbəkistan və Azərbaycan vətəndaşları var. Onların heç birinin Rusiya ərazisində işləməyə icazə verən sənədi olmayıb”, – deyə İdarədən qeyd olunub.
Saxlanılan şəxslər Miqrasiya Xidmətinin ərazi şöbəsinə aparılıb və burada daktiloskopiyadan keçdikdən sonra məhkəmə onların barəsində cəza kəsilməsi məsələsinə baxacaq.
“Miqrantları cərimə və ölkəyə girişləri qadağan olunmaqla Rusiyadan çıxarılma cəzası gözləyir”, – deyə İdarədən əlavə ediblər./report/
655 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP