Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Mart 2015

İran səfiri Yəməndəki hadisələrə münasibət bildirib

İranın Azərbaycandakı səfiri Möhsün Pakayin Yəməndə baş verən hadisələrlə bağlı narahatlığını bildirib.

M.Pakayin Yəməndəki ağır vəziyyət və dinc sakinlərin öldürülməsindən narahatlığını qeyd edib və beynəlxalq ictimaiyyəti, regionun sülhsevər ölkələrini Yəmənə qarşı hərbi əməliyyatların dayandırılması üçün çalışmağa çağırıb.

İranın Azərbaycandakı səfiri bildirib ki, müstəqil bir ölkəyə qarşı hərbi əməliyyatların aparılması bu ölkənin suverenliyini pozmaq deməkdir və beynəlxalq qanunlara ziddir: “Bu kimi hücumların dinc və günahsız insanların öldürülməsi, dağıntılar və insanların evlərindən didərgin düşməsindən başqa nəticəsi yoxdur”.

Səfir, həmçinin Suriya kimi müstəqil ölkələrə hücumların qarşısında beynəlxalq qurumların sakit qalmasının bölgədə gərginliyin artması ilə nəticələndiyini bildirib. Diplomat beynəlxalq ictimaiyyətin Suriya ilə bağlı səhvinin Yəmənə münasibətdə təkrarlanmayacağına ümid etdiyini də söyləyib.

M.Pakayin bildirib ki, İran Yəməndəki prosesləri diqqətlə izləyir: “Yəmənin daxili münaqişəsi dinc yolla və danışıqlarla digər ölkələrin müdaxiləsi olmadan həll olunmaldıır.”

O deyib ki, İran Yəməndə böhranın yarandığı ilk gündən yəmənli qruplarla danışıqlar aparılmasını istəmişdi: "İran inanır ki, üçüncü bir ölkənin Yəmənə hərbi müdaxiləsi böhranın daha da dərinləşməsinə - terrorizmin, gərginliyin artmasına səbəb olacaq".

Diplomat eyni zamanda qeyd edib ki, İran sülhsevər bir ölkə olaraq Yəməndə beynəlxalq hüquqların pozulmasının qarşısını almaq üçün çalışacaq./trend/
1358 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 09:18