Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Mart 2015

Bakıda ata qızını ürəyindən vurdu

Bu gecə saat 2 radələrində Bakının Sabunçu rayonunda ata qızını amansızcasına öldürüb.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, hadisə Sabunçu dəmir yolu stansiyasında baş verib.

Belə ki, dəmir yolu stansiyası ərazisində ürək nahiyyəsindən 3 bıçaq zərbəsi alan olan qadın meyiti tapılıb. Məlumat daxil olan kimi hadisə yerinə hüquq-mühafzə orqanlarının əməkdaşları gedib.

Araşdırmalar zamanı ölən şəxsin 1985-ci il təvəllüdlü Zərifə Cəlal qızı Qurbanov olduğu məlum olub. Araşdırılmalar zamanı qadının doğma atası tərəfindən öldürüldüyü müəyyən edilib. Hadisəni törədən Cəlal Qədir oğlu Qurbanov saxlanılıb.

İlkin məlumata görə, hadisə qısqanclıq zəminində baş verib. Bildirilir ki, ata qızını yüngül həyat tərzi keçirdiyi üçün öldürüb.

Qızının əməllərinə narazı olan ata onu öldürmək qərarına gəlib. Bu səbəbdən ata qızının ürəyinə 3 bıçaq zərbəsi vurub. Zərbələrdən bir qadının ürəyini parçalayıb./ans/
715 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
<