Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Mart 2015

İran sərt reaksiya verdi

Yəmənda baş verən proseslər getdikcə böyüyür və Körfəz ölkələrini narahat etməyə başlayır. Belə ki, Səudiyyə Ərəbistanının və onun müttəfiqlərinin Yəməndəki husi inqilabçılarının mövqelərinə havadan zərbələr endirməsi İranın kəskin etirazına səbəb olub.

İranın Xarici İşlər Nazirliyi bu gün Səudiyyə Ərəbistanının Yəmənə hərbi müdaxiləsini pisləyən bəyanat verib. Bildirilib ki, hərbi əməliyyatlar vəziyyəti daha da çətinləşdirəcək və münaqişənin sülh yolu ilə həllinin mümkünsüz edəcək: "Biz bunu təhlükəli addım adlandırırır və düşünürük ki, bu, ölkədə hərbi çevrilişi daha da gücləndirəcək."

ABŞ bəyan edib ki, Vaşinqton əməliyyatlarda birbaşa itirak etmir, Səudiyyə Ərəbistanına koordinasiya və kəşfiyyat məsələlərində kömək göstərir.

Hazırda paytaxt Sənada güclü partlayış səsləri eşidilir, dinc sakinlər arasında ölənlər var. Səudiyyə Ərəbistanı əməliyyata 100 qırıcı təyyarə,150 min əsgər və hərbi-dəniz qüvvələri cəlb edib. Əməliyyatı Küveyt, İordaniya, Qətər, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyin, Mərakeş və Sudan da dəstəkləyir.

Xatırladaq ki, İranın dəstəklədiyi husi inqilabçıları paytaxt Sənanı ələ keçirib və ölkənin prezidenti ölkənin cənubundakı Ədən şəhərinə sığınıb. Hazırda ölkənin bir sıra əyalətləri inqilabçıların nəzarətindədir.

Xatırladaq ki, inqilabçılar vəhhabi Səudiyyə Ərəbistanının iki qırıcısını vurub.
837 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
Go to TOP