Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Mart 2015

27 martda gözlənilən hava şəraiti

Bu gün Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, axsama doğru buludluğun artacağı gözlənilir. Gündüz mülayim cənub küləyi əsəcək. Temperatur gecə 5-7° isti, gündüz 11-16° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək - 767 mm civə sütunu, nisbi rütubət gecə 75-80 %, gündüz 50-55 % təşkil edəcək.
Milli.Az AzərTac-a istinadən xəbər verir ki, Azərbaycanın rayonlarında hava, əsasən, yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Temperaturun gecə 4-8° isti, gündüz 11-16°, bəzi yerlərdə 19°-dək isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti, bəzi yerlərdə 15° isti olacağı gözlənilir.
Naxçıvan Muxtar Respublikasında hava gündüz, əsasən, yağmursuz olacaq, şərq küləyi əsəcək. Temperaturun gecə 0-5° isti, bəzi yerlərdə 3°-dək şaxta, gündüz 10-15°, bəzi yerlərdə 18°-dək isti olacağı ehtimal edilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında gündüz hava, əsasən, yağmursuz keçəcək, ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12°, bəzi yerlərdə 15°-dək isti olacağı gözlənilir.
Qazax,Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında gün ərzində hava, əsasən, yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Temperaturun gecə 4-7° isti, gündüz 10-15°, bəzi yerlərdə 18° isti olacağı ehtimalı var.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,Quba, Xaçmaz, Qusar rayonlarında havanın, əsasən, yağmursuz keçəcəyi, ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək. Temperaturun gecə 0-5° isti, gündüz 7-12°, bəzi yerlərdə 15°-dək isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-8° isti olacağı ehtimalı var.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava gün ərzində əsasən yağmursuz keçəcək, ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 4-8° isti, gündüz 11-16°, bəzi yerlərdə 19°-dək isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında havanın gün ərzində əsasən yağmursuz keçəcəyi, dağlarda duman olacağı gözlənilir. Şərq küləyi əsəcək. Temperatur gecə 6-8° isti, gündüz 10-15°, bəzi yerlərdə 17°-dək isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-6° isti olacaq.
709 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı