Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Mart 2015

Azərbaycan hökuməti İtaliyanın məşhur klubuna 40 milyon avro ayırdı

Millətin pulunu öz dədə malları kimi vəhşicəsinə boş yerlərə xərcləyirlər. Sonra da müəllimə 150-200 manat çatmayırsa gedib daş atsın deyirlər...

Azərbaycan İtaliyanın "Latsio" futbol klubuna sponsorluq etməyə hazırlaşır. Roma klubu ilə 40 milyon dollarlıq müqavilə imzalanması nəzərdə tutulub. Bu barədə İtaliyanın "La Gazzetta dello Sport" qəzeti məlumat yayıb.

Xəbərdə deyilir ki, bu əməkdaşlığın birinci mərhələsində "Latsio" təxminən 12 milyon avro qazanacaq. Müqavilənin şərtlərinə əsasən, "Latsio" futbolçularının formasında bu ilin iyununda Bakıda keçiriləcək Avropa Oyunlarının reklamı olacaq. Köynəklərin üstündə əvvəlcə "Baku-2015", bir müddət sonra isə "Azerbaijan - Land of Fire" (Azərbaycan - Odlar Yurdu) yazılacaq.

Qəzet yazır ki, tərəflər arasında danışıqların birinci mərhələsi martın 5-də keçirilib. Hazırda "Latsio" ilə danışıqları Azərbaycan tərəfdən İtaliyadakı səfir Vaqif Sadıqov davam etdirir.

"La Gazzetta dello Sport" yada salır ki, Azərbaycan Madridin "Atletiko", həmçinin Fransanın "Lans" klubuna da sponsorluq edir.

Əlavə edək ki, "Latsio" hazırda İtaliya çempionatında turnir cədvəlində üçüncü yerdə qərarlaşıb. O, 28 oyundan 52 xal toplayıb./istiqlal/
681 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber