Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Mart 2015

Putin: "Qərb Rusiyadakı seçkilərə görə tədbirlər planlaşdırır"

Rusiya prezidenti Vladimir Putin Qərb ölkələrini 2018-ci il prezident seçkisi də daxil olmaqla yaxın bir neçə ildə ölkədə keçiriləcək seçkiləri pozmaq üçün sövdələşmədə günahlandırıb.

Putin martın 26-da Federal Təhlükəsizlik Xidmətinin yüksək rütbəli məmurları ilə görüşdə deyib ki, Qərbin xüsusi xidmətləri 2016-2018-ci illər seçkiləri ərəfəsində bir sıra tədbirlər planlaşdırırlar.

O, qeyd edib ki, Qərb ölkələri siyasi təcrid və iqtisadi təzyiqlərdən tutmuş irimiqyaslı informasiya müharibəsi və casusluğadək Rusiyanın qarşısını almaq üçün bütün tədbirlərə əl atılır.

Putin deyib ki, Rusiyanı qorxutmaq cəhdləri heç vaxt baş tutmayacaq.

Rusiyanın ötən ilin martında Krımı zəbt elməsi və Ukraynanın şərqindəki müharibədən sonra Qərblə Rusiya arasında münasibətlər tamamilə kəskinləşib. Qərb buna görə Rusiyaya qarşı bir sıra sanksiyalar tətbiq edib (azadliq.org).
644 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
06.12.16, 00:03