Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Noyabr 2013

“Mənə həkim lazımdı, səhhətim çox pisdi"

Bu gün sabiq deputat, adı rüşvət qalmaqalında hallanan Gülər Əhmədovanın növbəti məhkəmə prosesi keçirilib. Məhkəmədə G.Əhmədovanın vəkili Əfsər Talıbov sabiq deputatın günahsız olduğunu deyib və hakimdən müdafiə etdiyi şəxsin bəraətini istəyib. Daha sonra sabiq deputat çıxış son söz üçün məhkəmədən vaxt istəyib və deyib ki, səhhətində olan problemlər ona prosesdə iştiraka imkan vermir: “Mənə həkim lazımdı, səhhətim çox pisdi. Özümə gəlib məhkəmədə iştirak etməyim üçün mənə həkim köməyi lazımdı. Son söz üçün də mənə vaxt lazımdı”. Hakim isə qərar üçün fasilə götürüb. Fasilədən sonra hakim qərarını açıqlayaraq prosesin dekabrın 2-də keçiriləcəyini bildirib.

Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. Fevralın 13-də isə G.Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib. Bundan sonra həmin müddət iki dəfə artırılıb.

G.Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir./hafta/
2048 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP