Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Noyabr 2013

Hizbullah İranın nüvə razılaşmasına münasibət bildirdi

Livanın Hizbullah təşkilatı İran İslam Respublikası ilə 5+1 qrupu arasındakı nüvə razılaşmasını böyük qələbə və beynəlxalq nailiyyət adlandırıb, - “İRİB”.
Hizbullahı təşkilatı yaydığı bəyanatda İranın Cenevrə müzakirələrində Qərblə nüvə razılaşmasını yüksək qiymətləndirərək, onu Tehranın özünün qətiyyətli və prinsipial mövqeləri əsasında olan fəal diplomatiyasının nəticəsi adlandırıb.
“İran İslam Respublikasının nüvə razılaşması başıucalıq və istiqlaliyyət istəyən, habelə xarici təzyiq və təhdidlər qarşısında təslim olmaq istəməyən digər ölkələr və dövlətlər üçün meyar olmalıdır”, - deyə bəyanatda bildirilir.
Hizbullah habelə İranın bu nailiyyətini bu ölkənin müxtəlif sahələrdə elmi-texniki inkişafı və bu sahədə müstəqil olması üçün münasib fürsət adlandırıb./Deyerler/
1719 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı