Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Mart 2015

İran İslam Respublikası Ərdoğana sərt cavab verdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İranı terrorçuluqda ittiham etməsinə rəsmi Tehranın cavabı sərt olub.

"Altılıq" ölkələri ilə nüvə müzakirələri aparan İranın xarici işlər naziri İsveçrənin Lozanna şəhərində Ərdoğanın ittihamlarına belə cavab verib:

"Öz yanlış strategiyası və eqoist siyasətləri ilə böyük xəsarətlərə səbəb olan şəxslər yaxşı olar ki, məsuliyyətli şəkildə davranaraq, mövcud potensiallardan regionda sabitliyin bərqərar edilməsi və regional inteqrasiyanın inkişafı yolunda addım atsınlar".

İranın xarici işlər naziri Tehranın müxtəlif sahələrdə Türkiyə ilə strateji əməkdaşlıqlara xüsusi önəm verdiklərini və qarşı tərəflə hörmət əsasında davrandığını vurğulayıb: "İran qardaş ölkələrlə birlikdə Yəməndə sabitlik və təhlükəsizliyin bərqərar edilməsi habelə, bu ölkənin birliyinin qorunması məqsədilə bütün yəmənli qruplar arasında dialoq və müzakirələrə şəraitin yaradılmasına kömək etməyə hazırdır".
793 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
Go to TOP