Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Mart 2015

28 martda gözlənilən hava şəraiti

Bu gün Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər yarımadanın bəzi yerlərində zəif duman olacaq, cənub-şərq küləyi əsəcək. Temperaturun gecə 5-9°, gündüz 10-15° isti olacağı proqnozlaşdırılır.
Azərbaycanın rayonlarında hava, əsasən, yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Axşam bəzi şimal və qərb rayonlarında yağıntı olacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-8°, gündüz 11-16°, bəzi yerlərdə 18°-dək isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti olacağı gözlənilir.
Naxçıvan Muxtar Respublikasında, əsasən, yağmursuz olacaq. Gecəyə doğru bəzi yerlərdə yağıntı olacağı ehtimalı var. Şərq küləyi əsəcək. Temperatur gecə 0-5° isti, bəzi yerlərdə 2°-dək şaxta, gündüz 11-16° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Gecəyə doğru bəzi yerlərdə yağıntı olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti olacaq.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında, əsasən, yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 4-7°, gündüz 11-16°, bəzi yerlərdə 18°-dək isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava, əsasən, yağmursuz olacaq, Bəzi yerlərdə duman olacağı, gecəyə doğru yağıntı düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5°, gündüz 8-13°, bəzi yerlərdə 15°-dək isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-8° isti olacaq.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında, əsasən, yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Temperaturun gecə 3-8°, gündüz 12-16°, bəzi yerlərdə 18°-dək isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında gün ərzində, əsasən, yağmursuz keçəcək, dağlarda duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-8°, gündüz 11-16°, dağlarda gecə 0-5° isti, gündüz 5-10° isti olacağı proqnozlaşdırılır.
775 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 10:17
El-Klass