Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Noyabr 2013

“Milli Şurada ciddi dəyişiklik olacaq”

Eldəniz Quliyev: “Milli Şurada ciddi dəyişiklik olacaq” 

“Milli Şurada ciddi struktur dəyişikliyinə ehtiyac var”. Bu fikri Hafta.az-a açıqlamasında “El” hərəkatının Ali Məclisinin sədri Eldəniz Quliyev deyib.
“Ali məclisin sədri olduğum hərəkat demək olar ki, tamlığı ilə Milli Şurada təmsil olunur. Lakin bu o demək deyil ki, “El” Milli Şuradan asılıdır və ya siyasi müstəvidə onunla birgə addımlamalıdır. Biz hərəkat olaraq öz müstəqil siyasətimizi aparacağıq. Lakin Milli Şurada da ciddi dəyişikliklərə ehtiyac var. Hesab edirəm ki, bu dəyişikliklər artıq uzun zamandır müzakirə olunur və şuranın sessiyasında konkret qərar qəlub olunacaq. Məsələ ilə bağlı Milli Şurada ciddi dəyişiklik olacaq”.

Qeyd edək ki, Milli Şura üzvlərinin sözlərinə görə, sessiyanın tarixinin bu həftə bəlli olacağı gözlənilir.
1832 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 16:53