Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Mart 2015

Putindən yeni rekord, əhalinin 75 faizi onu dəstəkləyir

Rusiyalıların dörddə üç hissəsi gələn bazar günü seçkilər keçiriləcəyi təqdirdə prezident Vladimir Putinə səs verəcəklərini açıqlayıblar.

İnterAz-ın TASS-a istinadən məlumatına görə, Rusiyada İctimai Fikir Fondu tərəfindən keçirilən rəy sorğusunda respondentlərin 75 faizi Putini dəstəkləyəcəklərini bəyan ediblər.

Bununla da, Rusiya prezidentinin reytinqində yeni rekord qeydə alınıb. Altı ay öncə bu göstərici 71 faiz təşkil edirdisə sonuncu sorğuda Putinin reytinqi 75 faizə yüksəlib.

Sorğu nəticələrinə görə, Vladimir Jirinovskinin liderlik etdiyi Liberal Demokrat partiyası səslərin 4 faizini toplayıb, Kommunist partiyası lideri Gennadi Jyüqanov 3 faiz, Ədalətli Rusiya partiyasının sədri Sergey Mironov və Sivil Platforma partiyasının sabiq sədri Mixail Proxorov hərəsi 1 faiz səs toplaya bilib. Sorğuda iştirak edənlərin 1 faizi başqa siyasətçiləri seçəcəklərini, 1 faizi bülletenləri ləğv edəcəklərini və 9 faizi isə seçkilərə qatılmayacaqlarını bəyan ediblər.

Sorğunun nəticəsində bəlli olub ki, Putinə səs verəcək respondentlərin 95 faizi hazırki prezidentə simpatiyaları var. Sorğuda Rusiya üzrə 64 federal ərazinin 204 şəhər və rayonundan 3000 nəfər iştirak edib.
768 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber