Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Noyabr 2013

“İnanmıram Asim kimi dindar oğlan özünə qəsd etsin”

Nardaran ağsaqqalı Natiq Kərimov: “İnanmıram Asim kimi dindar oğlan özünə qəsd etsin”

Noyabrın 16-da evdən çıxıb geri qayıtmayan Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin 2-ci kurs tələbəsi, gənc dindar Asim Məmmədovun meyiti tapılıb. İlkin ehtimallara görə, o, intihar edib. Lakin, onu tanıyanlar Asimin intihar etməsinə inana bilmirlər. "Facebook" dostları da bu ölümün intiharla baş verməsinə şübhəli yanaşdıqlarını bildirir.

Hadisə ilə bağlı fikirlərini Deyerler.Org-la bölüşən Nardaran Ağsaqqallar Şurasının üzvü Məşədi Natiq Kərimov bildirib ki, o özü də çaş-baş qalıb: “Asim kimi savadlı, şer yazan oğlanın bu cür ölümünü anlaya bilmirəm. Mən onu ilk olaraq mitinqdə tanımışam. Sonra Milli Şuranın mitinqində yanımda şəkil də çəkdirdik.

Mən onun facebookda bütün yazılarını izləmişəm. Amma mən inanmıram ki, Asim kimi dindar oğlan özünə qəsd eləsin. Ortaya çox qarışıq sullar çıxır. Birdən–birə dindarlardan birinin özünü asması, digərinin də intihar etməsi ortaya cavabsız suallar çıxardır. Mənim üçün çox qəribə bir haldır ki, savadlı və dindar uşaqlar intihar etsinlər. Bu işi hüquq mühafizə orqanları araşdırmalı və vəziyyəti aydınlaşdırmalıdırlar”.

Qeyd edək ki, Asim Məmmədov bu il aprelin 1-də Nardaranda keçirilmiş aksiyaya görə 12 sutka müddətinə həbsdə saxlanıb.
2229 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 10:17
El-Kl