Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Mart 2015

Rusiyada azərbaycanlı öldürüldü

Rusiyanın Tver şəhərində azərbaycanlı bıçaqlanaraq öldürülüb. Anspress-in məlumatına görə, hadisə 27 martda baş verib. 29 yaşlı azərbaycanlı Levitan küçəsində 28 nömrəli evin yanında “90’s REMIX ClubTver” klubundan 80 metr aralıda bıçaqlanıb.
Şahidlərin sözlərinə görə 28 nömrəli marşrut sürücüsü öz avtobusunda apardığı sərnişin tərəfindən bıçaqlanıb. Meyitdə çoxlu bıçaq yarası aşkarlanıb.
Zərbələr mərhumun qarın və ürək nahiyəsində olub.
605 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber