Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Mart 2015

Azərbaycan yay vaxtına keçdi

Azərbaycan ərazisində yay vaxtına keçidlə əlaqədar saatların əqrəbi 1 saat irəli çəkilib.

Nazirlər Kabinetinin “Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında” 17 mart 1997-ci il qərarına əsasən, hər il mart ayının son bazar günü saat 4:00-da əqrəblər bir saat irəli çəkilir.

Martın 29-da saat 4:00-da Azərbaycan ərazisində saatlar 1 saat irəli çəkilməklə yay vaxtına keçilb.

Qeyd edək ki, hər il oktyabrın ayının son bazar günü saat 5:00-da əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir. Qərarın həyata keçirilməsinə nəzarəti Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir.
592 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber