Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Mart 2015

Bakıda ağır qəzada ölənlərin və yaralananların kimliyi bəlli oldu

Bakının Xətai rayonu ərazisində iki nəfərin ölümü, iki nəfərin isə xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib. Hadisə Babək prospektində qeydə alınıb. 49 saylı marşrut xətti ilə hərəkətdə olan sərnişin avtobusu ilə Rüstəm Bədirovun idarə etdiyi "Mercedes" markalı minik maşını toqquşub.

Qəza nəticəsində minik maşınının sürücüsü Rüstəm Bədirov və həmin avtomobildəki sərnişin Mübariz Abbasov ölüb.

Avtobusda olan iki sərnişin - Aysel Hüseynova və Tamara Abdullayeva isə xəsarət alıb. Onlar 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıblar. Xəstəxanadan APA-ya verilən məlumata görə, yaralıların vəziyyəti normaldır./apa/
855 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.01.17, 12:02
15 günə 19 intihar
18.01.17, 09:18
AP-nin yeni sədri seçildi